Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilib və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.
Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyənləşdilib.
Yanğın törətməkdə şübhəli bilinən Astara rayon sakini saxlanılıb