“Mənbic şəhəri terrorçulardan təmizlənəcək və əsl sahiblərinə qaytarılacaq” - Ərdoğan

21/01/2019 - 19:08 18 367 0   0  

Suriyanın Mənbic şəhəri terrorçulardan təmizlənəcək və əsl sahiblərinə qaytarılacaq. Belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyə liderinin sözlərinə görə, hazırda Ankara Mənbicdə, ümumilikdə isə Suriyanın şimalında baş verən hadisələri diqqətlə izləyir:

"Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edəcək və bu istiqamətdə bizə kömək edəcək hər kəslə əməkdaşlığa hazırdır".

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, ABŞ Suriya ilə bağlı Ankaraya verdiyi sözü tutmalıdır.