Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb

21/01/2019 - 17:51 2 872 0   0  

Gürcüstanın Kutaisi şəhərində 32 yaşlı qadın “donuz qripi”ndən ölüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, qadının A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub.

adı açıqlanmayan həmin qadının bu yaxınlarda ana olduğu bildirilir.

Beləliklə, qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb.