ABŞ hərbçiləri İŞİD-dən qaçan ailələri bombardman etdi

19/01/2019 - 22:41 17 020 0   0  

Suriyadakı ABŞ hərbi qüvvələri İŞİD terror təşkilatından qaçan ailələri bombardman edib.

Bu barədə Suriya mediası məlumat yayıb.

Suriyanın rəsmi xəbər agentliyi “Səna” ABŞ hərbi qüvvələrinin Suriyanın şərq bölgələrindəki yaşayış massivlərində hərbi əməliyyat keçirdiyini bildirib.

Deyr-əz-Zor vilayətinin Bağuz Aliya şəhərinə edilən hücumlarda 20-dən çox insan həyatını itirib. Ölənlər arasında qadın və uşaqlar da var.

Agentlik ABŞ qüvvələrinin bu əməliyyatları İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində bəhanə edərək keçirdiyini vurğulayıb.(teleqraf)