54 minə yaxın suriyalıya Türkiyə vətəndaşlığı verilib

19/01/2019 - 20:42 18 091 0   0  

Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.(report)