Öz həmkarına böhtan atan qadın polis işdən azad edilib

18/01/2019 - 23:28 6 391 0   0  

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin polis zabitlərini zorlamada ittiham edən qadın polis əməkdaşı ilə bağlı apardığı xidməti araşdırma başa çatıb.

Araşdırma zamanı həmin qadının polis zabitlərinə böhtan atdığı müəyyən edilib.

Məlum olub ki, iki qadın polis əməkdaşı xidməti otaqda üç nəfər polis zabiti ilə spirtli içki məclisində iştirak edib. Sonra qadınlardan biri kişi həmkarları tərəfindən zorlandığını iddia edərək müvafiq qurumlara müraciət edib.

Hadisə 2018-ci ilin 31 oktyabr tarixində baş verib. İddialara əsasən, zorlama hadisəsi zamanı otaqda bir qadın olub. O biri qadın məclisi erkən tərk edib.

Araşdırmanın nəticələri əsasında qəbul edilən qərara görə, iki qadın polis əməkdaşı daxili işlər orqanlarından qovulub.

Xatırladaq ki, zorlandığını iddia edən qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır.  //oxu.az