Makqreqor yarışlardan UZAQLAŞDIRILDI

10/10/2018 - 10:18 6 970 0   0  

İrlandiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Konor Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, irlandiyalı döyüşçü tibbi səbəblərə görə döyüşlərdə iştirak edə bilməyəcək.

Xatırladaq ki, oktyabrın 7-də irlandiyalı Konor Makqreqorla keçirilmiş döyüş 30 yaşlı qaydasız döyüşçü, rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. O, dördüncü raundda hakimlərin yekdil qərarı ilə Konor Makqreqor üzərində qalib sayılıb.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.