“İrşad Telekom” MMC-nin rəhbəri, 40 yaşlı İrad Ağahüseyn oğlu Hacıyevin ölüm işində olduqca müəmmalı məqamlar var. Apardığımız araşdırmalar, müxtəlif mənbələrdən aldığımız məlumatlar telekommunikasiya biznesi sahəsində böyük uğurlar əldə etmiş məşhur iş adamının həyatdan öz xoşu ilə ayrılmadığı fikirini qətiləşdirir.
Kim idi İrad Hacıyev?
Cansız bədəni yaşadığı evdə ötən il sentyabrın 14-də aşkar olunan İrad Hacıyev 1978-ci ildə anadan olub. Məktəbi bitirər-bitirməz o dövrdə Bakıda az-çox pul qazanmaq, gəlir əldə etmək sahəsinə çevrilmiş dollar alveri ilə məşğul olmağa başlayıb. Bir qədər sonra artıq Bakıda İrad Hacıyevin nəzarətində onun üçün dollar alıb-satan dəllallar işləyiblər. Başı pul qazanmağa qarışan İrad Hacıyev ali təhsil almağa vaxt tapmayıb. 90-cı illərin sonlarına yaxın isə İrad Hacıyev artıq babat imkanları olan iş adamına çevrilib. Ilkin kapitalını qazanan gənc İrad tezliklə böyük biznesə atılmaq qərarını verir.
Dollar alverindən böyük biznesə
2000-ci ildə artıq dostu Rəşadla birgə “İ&R Telecom”u yaradıb. O dövrlərdə sənədlərində problemlər olan İrad Hacıyev yazı-pozu, qeydiyyat işlərini dostu Rəşad üzərindən gerçəkləşdirib.
Həmin vaxt İrad Hacıyevin cəmi 22 yaşı olub. Tanıyanlar onu olduqca gözütox biri kimi xarakterizə edirlər. Deyirlər ki, İrad Hacıyev dəbdəbəyə meyli olmayan, sadə həyat tərzi sürən, ədalətli insan olub. 90-cı illərin ortalarında dollar alveri edən İradla 2000-ci ildə böyük bir biznesin sahibi olan İradın davranışları arasında ciddi bir fərq olmayıb. O sadəliyini, dostlarının sırasını dəyişməyib, əvvəlki kimi insanpərvərliyi ilə seçilirmiş...
Böyük pullar qazandı, keçmişini unutmadı, dostlarını dəyişmədi
“İrşad Telekom”da böyük qazanclar əldə edən İrad Hacıyev həmin pulların böyük hissəsini xeyriyyəçiliyə xərcləyib. Bunu sırf özünün qazancından edib. Qarabağ əlillərinə, kimsəsiz uşaqlar evinə, şirkətdə krediti olub ödəyə bilməyənlərin kreditlərinin bağlanmasına hər ay pul xərcləməkdən yorulmayıb. Bunu ətrafında olan hər kəs bilirmiş. İradın bir xüsusiyyəti də onun haqsızlığa, gücsüzün əzilməsinə göz yummamağı olub. Həyatsevərliyi, yardımsevərliyi ətrafında olan insanların böyük simpatiyasını qazanmağa yol açıb. İllərlə belə olub. Son illər İrad Hacıyev əsas biznesi – “İrşad Telekom”la yanaşı digər sahələrə də pul yatırmağa başlayıb. Türkiyədə, Praqada biznes imkanlarını araşdırıb. Böyük biznes planları haqda yaxın ətrafında olanlar da məlumatlı olublar. Belə bir zamanda İrad Hacıyevin yaşadığı ünvanda meyitinin aşkar olunması hər kəs, onu tanıyan hər kəs üçün aydın havada ildırım effektinə bərabər olub.
Ölümündən əvvəl boşanmağa hazırlaşıb...
“İrad Hacıyev özünü niyə öldürdü” sualına onu tanıyanlardan aldığım cavablar təxminən üst-üstə düşür – kimsə onun özünü öldürməsi haqda məlumatların doğruluğuna inanmır. Əmisi qızı, hazırda Praqada yaşayan “Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizova “İrşad Telekom”un mərhum sahibi İrad Hacıyevin öldürülməsi haqda statusunu dəstəkləyənlər də çoxluqdadır. Maraqlıdır ki, Mətanət Hacıyeva status yazmaqla kifayətlənib, əlavə suallarımız cavabsız qoyub.
İrad Hacıyevin ailəsində problemlərin olmasını, ölümündən əvvəl boşanmaq niyyətini bilənlər də az olmayıb. O Bakıdakı, Azərbaycanda biznesini qoyub, həyat yoldaşına böyük, olduqca böyük pullar qoyub ölkədən getməyi planlayıb. 2 övlad atası olan İrad Hacıyevin əsas əmlakları da həyat yoldaşının, onun yaxınlarının adına rəsmiləşdirilib. Türkiyəyə gedərək orada məskunlaşmağı, Azərbaycandakı biznesinin də oradan idarə etməyi düşünür, planlayırmış...
Belə bir vaxtda mənzilində onun meyitini aşkar ediblər. İlkin araşdırmalar zamanı onun başında göyərmiş qançır izi aşkar olunub. Meyitindən götürülən qan nümunələrində isə narkotik tərkibli olmayan antipsixotik preparatın yüksək dozası müəyyən edilib.
İrad Hacıyev özünə aid olmayan antipsixotik preparatı qəbul edib, yoxsa...
İlkin araşdırmalar zamanı həmin preparatların İrad Hacıyevə aid olmadığı aydınlaşdırılıb. Sonradan isə bilinib ki, həmin preparatlar onun həyat yoldaşınındır.
İrad Hacıyevin həyat yoldaşı istintaqçılara deyib ki, hadisə baş verən gün o mənzildən çıxarkən İrad Hacıyev yuxudan yenicə oyanıb, kostyum geyinib işlərinin ardınca şəhərə getməyə hazırlaşıb. Onun vanna otağında meyitini aşkarlayan da elə həyat yoldaşı olub. Vannada aşkarlanərkən İrad Hacıyev kostyumda imiş. Özünü öldürmək istəyən biri kostyum niyə geyinsin?
Türkiyədə İrad Hacıyevin qanını müayinə edən həkimlər şoka düşüb
Araşdırmalarımız zamanı daha bir maraqlı fakt diqqətimizi çəkdi. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, İrad Hacıyev 2018-ci ilin yay aylarında, Türkiyədə, Antalya şəhərində ümumi tibbi müayinədən keçib. Həmin vaxt həkimlər ümumi halsızlıqdan şikayətlənən İrad Hacıyevin müayinələrindən sonra onun qanında antipsixotik preparatın izlərini aşkar ediblər. Dozanın çoxluğu həkimləri şoka salıb. Müayinə zamanı müəyyənləşib ki, həmin preparatı qəbul etməsinə heç bir lüzum olmayıb. Belə bir halda həkimlər İrad Hacıyevdən həmin preparatları qəbul etməsinin səbəbini xəbər alıblar. O, preparatı yaxınlarından birinin təkidi ilə qəbul etdiyini deyib. Həkimlər isə ona təkidlə həmin preparatın qəbulunu dayandırmasını tövsiyə ediblər. İrad Hacıyev Türkiyədə aldığı müalicədən sonra ümumi halsızlıqdan şikayət etməyib, özünü çox yaxşı hiss edib.
Narkotikdən uzaq, narkomanlardan qaçan biri niyə antipsixotik preparat içsin?
Ümumi halsızlığı onun həyat tərzi, narkotik maddələr qəbul etməsi ilə bağlı ola bilərdimi?
Bu sualı dinləyən mənbəmiz deyir ki, İrad Hacıyev spirtli içki qəbul etsə də, narkotikdən çox uzaq biri olub. Onun narkotik maddələrlə meylli şəxslərlə təmaslardan qaçmasını, içki məclislərini sevməsi xəbəri də var.
İrad Hacıyev anası Züleyxa Hacıyeva ilə
Məlumatlarda deyilir ki, İrad Hacıyevin boşanma qərarına qarşı olanlardan birincisi anası Züleyxa Hacıyeva olub. İllərlə çox sevdiyi anasının qərarını gözləyən, boşanmaya getməyən İrad Hacıyev 2018-ci ildə ölkədən getmək qərarı verməklə həm də həyatını ölkədən kənarda yenidən qurmağı planı qurub.
Müəmmalı ölümü olmasaydı, anasını 2 gün sonra İsrailə müalicəyə aparacaqdı
Anasına çox bağlı olan İrad Hacıyev onun müalicəsi üçün əlindən gələni edib. 2018-ci il 14 sentyabrda müəmmalı və çoxsaylı suallar doğuran ölümü baş verməsə idi, 2 gün sonra, sentyabrın 16-da anası ilə birgə İsrailə getməyi planlaşdırıb. Bunun üçün təyyarə biletləri də hazır olub. Həmin biletləri də İrad Hacıyev özü alıbmış.
İrad Hacıyevin ölümü ilə bağlı Bakı Şəhər Prokurorluğunda (BŞP) Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdı. Həmin cinayət işi haqda hazırda konkret məlumat yoxdur.
Allaha yalvarıram ki, qatili üzə çıxarsın!
Məşhur iş adamının müəmmalı ölümü haqda “Yeni Müsavat”ın 26 sentyabr 2018-ci il tarixli sayında “İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar” sərlövhəli yazı dərc etmişdik.
“İrad Hacıyevi öldürüblər” - əmisi qızı ittiham etdi sərlövhəli” yazıda isə əmisi qızı Mətanət Hacıyeva onun öldürüldüyünü iddia edirdi. “Yeni Müsavat”ın 14.01.2019 tarixli sayında M.Hacıyevanın fikirləri dərc olunsa da, hüquq-mühafizə orqanları bu ölüm işindən dolayı yaranan suallara aydınlıq gətirməyə tələsmirlər. Ölkədə tanınan iş adamının öldürülməsi iddiası ortada qalıb.
İrad Hacıyevin sosial şəbəkələrdə olan yaxınlarının profillərini də araşdırıb müəyyən etmişik. İrad Hacıyevin həyat yoldaşı Nigar Qəhrəmanovanın profili üzərindən mərhumun qəbrinin fotosunu paylaşılıb və ingilis dilində “Doomsday” (Dünyanın sonu) sözləri yazılıb.
Onun dostluğundan mərhumun anasının olduqca ilginc statusları diqqət çəkir. Züleyxa Hacıyeva 30 dekabr 2018-ci ildə, səhər sübhdən belə bir status paylaşıb: “Gecə gündüz o böyük ALLAHA yalvarıram ki, “İrşad Telekom”u icad edib yaradan oğlum İrad Hacıyevin qatilin üzə mən nə qədər sağam üzə çıxartsın oğlumun qanı yerdə qalmasın”
“Mən sənin qanını yerdə qoymayacağam”
Hacıyevanın digər statusu isə belədir: “İradım mənim ailəmin nəfəsi idi onun yoxluğunda hiss etdim ki, dost olub can verdiyi yaxın dostlari necə etibarsız çıxdılar o bilsəydi ki, axırı onun başın yeyəcəklər çox hayıf oldun bala. Ana ah-naləsi yerdə qalmayacaq. Mən sənin qanını yerdə qoymayacağam. Çünki gecə-gündüz özümü saxlaya bilməyib xəstə ağrılı canımla tökdüyüm göz yaşlarımın cavabın verməlidilər. ALLAH Böyükdür. Mən ALLAHIN ətəyindən yapışmışam. Anası İrad Hacıyevin müxtəlif vaxtlarda çəkilmiş ağ-qara fotolarını paylaşaraq “4 ay sənsiz, həyatın ağ-qara, qohum və dost sözünün isə facebook səhifəsində sadə bir yazı olduğun öyrətdi. Ölüm son deyil, əbədi həyatın başlancığıdır” sözlərini yazıb.
“İradımın qatilləri hələ azadlıqdadır”
Digər statusda da Z.Hacıyeva oğlunun qatilləri haqda yazır: -Bu gün dörd aydır ki, balam yoxdur. İradımın qatilləri hələ azadlıqdadır. Mən ananın ahu-naləsi yerdə qalmayacaq. Allah böyükdür hər şeyi görür. Gec-tez qurumayan göz yaşlarımın ahı, İradımın ruhu onları tutacaq. Amin”.
Xatırladaq ki, İrad Hacıyevin müəmmalı ölümü ilə bağlı bu günə qədər “İrşad Telecom”dan hər hansı bir açıqlama verməyiblər. “Yeni Müsavat” əməkdaşının sorğularıda cavabsız buraxılıb.
““İrşad Telekom”un sahibini öldürüblər” - İDDİA
İş adamını ölümü kimin sifarişi olub?

Musavat.com