İki azərbaycanlı da “donuz qripi”nə yoluxdu

17/01/2019 - 19:59 6 286 0   0  

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “donuz qripi”nə 4 yoluxma halı qeydə alınıb.

Suveren.az report-a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər. 

Xatırladaq ki, Gürcüstanda bu günə qədər “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.