Bu gün Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsini keçirərərk, qəbul edib.
Suveren.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki,qətnamədə Azərbaycan hökuməti blogger Mehman Hüseynovu dərhal, qeyd-şərtsiz azad etməyə, ona yeni ittihama xitam verilməsinə çağırılır.
Həmçinin, Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və siyasi məhbus sayılan bütün şəxslərin dərhal, qeyd-şərtsiz azad olması istənilir.
Qətnamənin müzakirəsi zamanı Avropa Parlamentinin deputatları Azərbaycan hökumətini korrupsiya, insan haqları, Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərə əməl edilməməsi ilə bağlı tənqid ediblər.
Parlamentin Böyük Britaniyadan olan deputatı Culi Uord hətta Azərbaycan nazirlərinə sanksiyalar tətbiq etməklə bağlı fikir səsləndirib: «Avropa Birliyi Azərbaycana dair mövqeyini daha da gücləndirməlidir. Bu ölkədə vətəndaş cəmiyyətinə hədsiz düşmənçilik mühiti var, bəzi ictimai təşkilatlar bağlanıb. Müstəqil səslər ya həbs olunur, ya da mühacirətə məcbur edilir… Hörmətli yüksəksəviyyəli nümayəndə, Azərbaycandakı təcili durum sizin Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağıran bir bəyanat verməyinizi zəruri edir. Avropa Birliyi hər hansı iqtisadi əlaqələrin olmasından asılı olmayaraq, insan haqları ilə bağlı öhdəlikləri pozan dövlətləri öz adları ilə çağırmalı və qınamalıdır. Mən həmçinin, Avropa Birliyini (AB), üzv ölkələri səsləyirəm ki, indiyədək hədəf seçilməyən prezident və onun nazirlərinə sanksiyalar tətbiq etsinlər».
Ticarət üzrə Avropa komissarı Sesiliya Malmström isə çıxışında deyib ki, Brüssel M. Hüseynovun işi üzrə Bakı ilə daimi dialoq aparır və fevralın 5-də məsləhətləşmələr Bakıda davam etdiriləcək: «Azərbaycanla siyasi dialoq zamanı qanunun aliliyi, insan haqlarına hörmət və fundamental azadlıq məsələləri prioritet olub. Hazırda Azərbaycan və AB arasında müzakirə edilən yeni razılaşmada da demokratik islahatlar, qanunun aliliyi, effektiv idarəetmə, insan haqlarına hörmət məsələləri yer alacaq. Biz inanırıq ki, yalnız dialoq vasitəsilə bu məsələlər müzakirə və həll edilə bilər. Yalnız bu yolla, qarşılıqlı şəkildə etibar və əlaqələrlə Azərbaycanda bu dəyərlərin qorunmasına nail ola bilərik».
Müzakirədən sonra böyük səs çoxluğu ilə qəbul olunan qətnamədə AB və Azərbaycan arasında Yeni Sazişin mühümlüyü bir daha vurğulanır. Lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi Yeni Sazişin özəyini təşkil etməlidir.
Xatırladaq ki, qətnamə 533 səs lehinə, 28 əleyhinə, 36 nəfər bitərəf olmaqla qəbul edilib.
Avropa Parlamenti Azərbaycanla bağlı QƏTNAMƏ QƏBUL ETDİ: Siyasi məhbuslara azadlıq tələb edildi, nazirlər sanksiya ilə hədələndi...