Qriplə mübarizə hökumətə 10 milyona başa gələcək

15/01/2019 - 20:35 4 984 0   0  

Bu mövsümdə Gürcüstanda qrip virusuna qarşı mübarizə hökumətə 10 milyon lariyə (3,7 milyon dollardan çox) başa gələcək.

Bu barədə ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib. Onun sözlərinə görə, “Tamiflu” dərman preparatının əhaliyə ödənişsiz verilməsi üçün əlavə olaraq 1 milyon lari xərclənəcək. Peyvənd işlərinə isə 700 min lari vəsait sərf olunacaq.

Nazir deyib ki, son iki həftə ərzində ölkədə qripə yoluxma hallarında azalma qeydə alınıb. Bəzi xəstəxanaların 24 saatlıq iş rejiminə keçməsi yoluxma hallarının azalmasına böyük təsir edib. Nazirlik və digər müvafiq strukturlar azalma tendensiyasına baxmayaraq səylərini davam etdirəcək.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.