Göygöl rayonunda atasını öldürməkdə təqsirli bilinən Eşqin Quliyevin cinayət işi üzrə məhkəmə başlayır.
Göygöl rayon Prokurorluğunda toplanan material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
İttihama görə, ötən il sentyabrın 16-da Göygöl rayonunun Yeni Qızılca kəndində Daşkəsən rayon sakini, 38 yaşlı Ramil Quliyev gecə saatlarında evdə həyat yoldaşı ilə mübahisə edib və onu döyüb.
Bu zaman onların 17 yaşlı oğlu Eşqin Quliyev atasının başına balta ilə ağır zərbələr endirib. E. Quliyev atasının ona müqavimət göstərdiyini görüb, ona daha bir neçə zərbə vurub. R. Quliyev aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisədən sonra könüllü şəkildə polisə təslim olan gənc saxlanılaraq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən Eşqin Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.(oxu.az)
Atasını balta ilə öldürən şəxs məhkəmə qarşısında