OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi 2019-cu ilin fevral ayında Bakıda neft hasilatının azaldılmasına dair sövdələşmənin bazara təsirini müzakirə edəcək.
Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui deyib.
«OPEC+ Nazirlər Komitəsi fevralda Azərbaycanda keçirilməsi gözlənilən iclasda OPEC və qeyri-OPEC ölkələri arasında razılaşdırılmış neft hasilatının azaldılması tempinə sadiqliyi nəzərdən keçirəcək», - deyə o, “Emirates News Agency”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, görüşdə nazirlər tələb və təklif arasında balansın təmin edilməsi üçün neft istehsalının azaldılmasının neft bazarlarına təsirini müəyyən edəcəklər.
Daha əvvəl Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyevanın verdiyi məlumata görə, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası 2019-cu ilin fevral-mart aylarında Bakıda keçiriləcək. Görüşün dəqiq tarixi razılaşdırılacaq.
İnterfax.az xatırladır ki, 2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldırlar. OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri isə 2% azaldılması ilə bağlı öhdəlik götürüblər. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb.
Bu saziş çərçivəsində Azərbaycan gündəlik hasilatın 2,5% və ya 20 min barel - 776 min barelədək azaldılması ilə bağlı öhdəlik götürüb.
OPEC növbəti iclasını Azərbaycanda keçirəcək

Bölmənin xəbərləri