Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək

11/01/2019 - 23:59 13 213 0   0  

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək.

Bu barədə Türkiyə KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ-da iki ölkəni təmsil edən birgə işçi qrup Suriya böhranı, FETÖ və PKK ilə mübarizəyə dair müzakirələri davam etdirəcək.

AzərTAc xatırladır ki, ABŞ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-mayor Cozef Danfordın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 7-8-də Ankarada keçirdiyi görüşlərdə də bu məsələlər müzakirə olunub.