"Boyumun uzunluğuna görə sevgili tapa bilmirəm" - Məşhur idmançı

10/01/2019 - 23:46 17 263 0   0  

Məşhur idmançı Jade Slavin boyunun uzunluğu ucbatından özünə sevgili tapmaqda çətinlik çəkdiyini bildirib.

Slavin uşaqikən həmyaşıdları tərəfindən boyunun uzunluğuna görə ələ salındığını, "əcaib" və "eybəcər" adlandırıldığını bildirib.

Boy-buxununa görə sıxıntı keçirən idmançı 16 yaşında model olmaq qərarına gəlir. Amma 21 yaşında taekvando federasiyasından ona edilən təklif həyatını dəyişib. Milliyə dəvət alan Slavin 2014-cü ildə Qlasgovda keçirilən yarışda medal alıb, daha sonra Avropa çempionu olub.

İdmandakı uğurları ona özgüvən, inam gətirib.

193 sm boya sahib olan 26 yaşlı Slavin sevgili üçün özündən uzun oğlan tapmaqda çətinlik çəkdiyini etiraf edib: "Uzun boylu oğlanların sayı çox azdır, özümə uyğun hələ birini tapa bilməmişəm".(teleqraf)