"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla belə, C.Qurbanovun xüsusən də bir məmur və deputat kimi dövlət qarşısında müsbət xidmətlərinin olduğu da danılmazdır. Odur ki, Cavid müəllimin bütün tənqid olunan əməlləri ilə yanaşı, ədalət naminə dövlət üçün gördüyü işləri də qeyd etmək lazımdır. Bu, ən azı hər bir jurnalistin peşə borcudur.
Məsələn, Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olaraq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının üzərinə qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirdiyini deyə bilərik.
O cümlədən, Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və hətta son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır.
Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Təsadüfi deyil ki, cənab Qurbanovun yaxın çevrəsi və eloğluları onu “prezidentin bacanağı” kimi təqdim edirlər. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş yollar açıb...
Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu "Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək “TOPAZ”ın səhmlərinin 51 faizini “Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı və ölkənin şəriksiz “Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, uzun illər öncədən kriminal aləmin içində olan və bu sahəyə kifayət qədər bələd olan bir şəxsdir. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun “TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər müəyyən mənada təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi ölkənin ən nəhəng oliqarx biznesmeninə çevrilməsi və mərc oyunlarına nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə “oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.
Digər tərəfdən, C.Qurbanovun maddi imkanları genişləndikcə daha böyük səlahiyyətlər qazanmaq ehtirası da normal qarşılana bilməz. Məsələn, bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Çünki qanunsuz biznes şəbəkəsindən əldə etdiyi yüz milyonlar hesabına qarşısındakı hər kəsi əzə biləcəyini düşünür...
Görünən odur ki, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin səlahiyyətləri və pulu çoxaldıqca hər bir insan üçün vacib olan müsbət xüsusiyyətlərdən də tədricən uzaq düşür. Diqqət edin, dövlət başçısı öz ad günlərini bir dəfə də olsun təmtəraqla qeyd etmədiyi və adətən həmin tarixlərdə sadə insanların əhatəsində olmağa üstünlük verdiyi halda, Cavid Qurbanovun dəbdəbəli 60 illik yubileyində onun üçün sifariş olunan “qatar tort”u kəsməsi saytlarda manşetə çevrilir. Axı, hər bir məmur ilk növbədə təvazökar olmağı bacarmalıdır. Onun tabeçiliyndə olan şəxslərdən üstün vəzifə səlahiyyətlərinə malik olması heç də bir insan kimi üstün olduğunu nümayiş etdirmir. Odur ki, bütün məmurlar bu məsələdə ən azı dövlət başçısını örnək almalıdırlar... Daha ətraflı aşağıdakı videoda: Suveren.az
Cavid Qurbanov: məmur, deputat, oliqarx, biznesmen, avtoritet...
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla belə, C.Qurbanovun xüsusən də bir məmur və deputat kimi dövlət qarşısında müsbət xidmətlərinin olduğu da danılmazdır. Odur ki, Cavid müəllimin bütün tənqid olunan əməlləri ilə yanaşı, ədalət naminə dövlət üçün gördüyü işləri də qeyd etmək lazımdır. Bu, ən azı hər bir jurnalistin peşə borcudur.
Məsələn, Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olaraq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının üzərinə qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirdiyini deyə bilərik.
O cümlədən, Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və hətta son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır.
Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Təsadüfi deyil ki, cənab Qurbanovun yaxın çevrəsi və eloğluları onu “prezidentin bacanağı” kimi təqdim edirlər. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş yollar açıb...
Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu "Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək “TOPAZ”ın səhmlərinin 51 faizini “Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı və ölkənin şəriksiz “Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, uzun illər öncədən kriminal aləmin içində olan və bu sahəyə kifayət qədər bələd olan bir şəxsdir. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun “TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər müəyyən mənada təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi ölkənin ən nəhəng oliqarx biznesmeninə çevrilməsi və mərc oyunlarına nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə “oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.
Digər tərəfdən, C.Qurbanovun maddi imkanları genişləndikcə daha böyük səlahiyyətlər qazanmaq ehtirası da normal qarşılana bilməz. Məsələn, bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Çünki qanunsuz biznes şəbəkəsindən əldə etdiyi yüz milyonlar hesabına qarşısındakı hər kəsi əzə biləcəyini düşünür...
Görünən odur ki, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin səlahiyyətləri və pulu çoxaldıqca hər bir insan üçün vacib olan müsbət xüsusiyyətlərdən də tədricən uzaq düşür. Diqqət edin, dövlət başçısı öz ad günlərini bir dəfə də olsun təmtəraqla qeyd etmədiyi və adətən həmin tarixlərdə sadə insanların əhatəsində olmağa üstünlük verdiyi halda, Cavid Qurbanovun dəbdəbəli 60 illik yubileyində onun üçün sifariş olunan “qatar tort”u kəsməsi saytlarda manşetə çevrilir. Axı, hər bir məmur ilk növbədə təvazökar olmağı bacarmalıdır. Onun tabeçiliyndə olan şəxslərdən üstün vəzifə səlahiyyətlərinə malik olması heç də bir insan kimi üstün olduğunu nümayiş etdirmir. Odur ki, bütün məmurlar bu məsələdə ən azı dövlət başçısını örnək almalıdırlar...
Daha ətraflı aşağıdakı videoda:
Suveren.az