Ukrayna gələcəkdə Zakarpatye bölgəsinə nəzarəti itirə bilər.
Suveren.az xəbər verir ki, bu sözləri ölkənin Müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir müavini Georgi Tuka Ukraynanın “Obozrevatel” qəzetinə söyləyib.
“Ukraynanın müstəqillik əldə etdiyi ilk gündən 3 bölgə mərkəzi hakimiyyətə sadiq qalmaları şərtilə yerli elitaların əllərinə təslim edildi. Bu, Krım, Donetsk və Zakarpatye olub. İki ərazini biz faktiki olaraq itirdik, Zakarpatye hələ qalıb. Mərkəzi hakimiyyətin gücünün yetmədiyi bütün bölgələrdə nəzarət tamamilə əlimizdən çıxacaq”, - G.Tuka qeyd edib.
Georgi Tuka Zakarpatyeyə gözünü dikən Macarıstanın hazırda Rusiyapərəst mövqe tutduğunu bildirib. Onun fikrincə, Zakarpatye əhalisinə Macarıstan pasportlarının paylanması xüsusi hərbi əməliyyatdan başqa bir şey deyil. Ukraynalı nazir müavini bu situasiyanın ölkəsi üçün olduqca təhlükəli olduğunu ifadə edib.
Xatırladaq ki, bu ilin sentyabr ayında sosial şəbəkələrdə Zakarpatye bölgəsində yaşayan ukraynalı etnik macarlara pasportların paylanılması ilə bağlı video paylaşılıb. Ukrayna buna cavab olaraq Macarıstanın konsulunu ölkədən qovmuşdu.
Ukrayna parçalanır: Daha bir bölgə əldən çıxır

Bölmənin xəbərləri