ABŞ İraqın K1 bazasını ələ keçirmək istəyir

07/01/2019 - 23:00 23 062 0   0  

ABŞ İraq ordusunun nəzarətinə keçən Kərkükdəki K1 hərbi bazasının ona verilməsini istəyir.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ təmsilçisi məsələ ilə bağlı İraq ordusunun nümayəndələri ilə görüşüb.

Bu barədə məlumat verən peşmərgə qüvvələrinin komandanı Nuri Əli ABŞ hərbçilərinin Kərkükdəki Keyvan 1 hərbi bazasının onlara verilməsini tələb etdiklərini deyib.

N. Əli tərəflər arasındakı danışıqların peşmərgə və İraq ordusu arasındakı münasibətlərə də müsbət təsir göstərəcəyini bildirib: "Kərkükdəki vəziyyəti normallaşdırmaq və bölgəyə yerləşən müxtəlif qüvvələrin çıxarılmasını təmin etmək üçün koalisiya qüvvələri ilə birgə iş aparırıq".