Daxili orqanlarında heroin aşkarlandı - HƏBS

07/01/2019 - 20:42 6 805 0   0  

Dövlət Sərhəd Xidməti yanvarın 2-də “Biləsuvar” dövlət sərhədindənki buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşları 1991-ci il təvəllüdlü Oğba Turac Hassanali və 1980-ci il təvəllüdlü Biqam Çupluceh Araş Esfandiyarın üzərinə baxış keçirilərkən onların daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan heroin aşkarlanıb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində DSX-nin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyi orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmədov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.