ABŞ Konqresi 2019-cu ilin büdcəsini qəbul etdi – Trampa «divar pulu» verilmədi

05/01/2019 - 09:39 8 176 0   0  

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, hələ yeni ilə qədər «bağlanmış» ABŞ hökumətinin fəaliyyətini bərpa etmək üçün yeni şans yaranıb. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatası, nəhayət ki, 2019-cu il üçün federal büdcə sənədlərini qəbul edib.

Konqresmenlər iki qanun layihəsini razılaşdırıblar. Sənədlərə əsasən, dövlət idarələrinin böyük qismi sentyabrın 30-a qədər, daxili işlər, ticarət, əmək və maliyyə nazirlikləri isə fevralın 8-ə qədər maliyyələşdiriləcək.
Eyni zamanda, Dövlət Departamenti üçün də vəsait ayrılması təsdiqləyib.

İlk sənəd üçün 239 nəfər «hə» deyib, 192 nəfər isə əleyhinə olub. İkinci sənəd üçün 241 nəfər lehinə, 190 nəfər isə əleyhinə səs verib. Bu zaman qanun layihələri təsdiq üçün prezident Donald Trampa təqdim olunmalıdır. Amma prezidentin bu sənədləri təsdiqləyəcəyi ehtimalı azdır. Belə ki, büdcə sənədində Trampın Meksika ilə sərhəddə tikmək istədiyi divar üçün 5 milyard dollar vəsait nəzərdə tutulmayıb.

Xatırladaq ki, büdənin «xərclər» hissəsindəki məhz bu bənd mübahisələrə və hökumətin fəaliyyətinin «dayandırılması»na səbəb olmuşdu.