Azərbaycanlı iş adamı Rusiyada güllələndi

27/10/2018 - 22:57 7 504 0   0  

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamına qarşı hücumu araşdırır. Hücumda iş adamının həmyerliləri olan 2 qardaş şübhəli bilinir.

Suveren.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib.

Hadisə oktyabrın 25-də Narodnaya küçəsində baş verib. Zərərçəkmişin sözlərinə görə, ona iki gənc oğlan yaxınlaşıb. Cinayətkarlar travmatik silahdan iş adamına 4 dəfə atəş açıblar. Güllələr azərbaycanlı biznesmenin sinəsindən dəyib. Bundan sonra cinayətkarlar iş adamının avtomobilinə əyləşib və aradan çıxıblar.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Polis 27 və 29 yaşlarında olan iki azərbaycanlını axtarır. Məlumdur ki, onlar iki qardaşdır və Peterburqda qanunsuz yaşayır.