36 yaşlı qadın evində ölü tapıldı

02/01/2019 - 23:18 15 250 0   0  

Balakən rayonunda qadın meyiti tapılıb.

Rayonun 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.