ABŞ bu ölkələrə yardımları dayandıracaq

28/12/2018 - 22:10 8 107 0   0  

ABŞ Hondurasa, Qvatemalaya və Salvadora yardımı dayandıracaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp“Twitter”dəki səhifəsində yazıb.

“Honduras, Qvatemala, Salvador Birləşmiş Ştatlara heç bir fayda vermir, yalnız pullarımızı mənimsəyirlər. Deyilənə görə, Hondurasda yeni bir karvan (miqrant karvanı – red.) yaranır və onlar heç bir tədbir görmür. Uzun illərdir ABŞ-dan öz mənafeyi üçün istifadə edən bu üç ölkəyə hər cür yardıma son qoyacağıq!”, - D.Tramp qeyd edib.

Qeyd edək ki, verilən məlumatlara görə, hazırda Meksika ərazisində ABŞ sərhədinə doğru qonşu ölkələrdən bir neçə köçkün karvanı irəliləyir. Meksikanın ABŞ sərhədi yaxınlığındakı Tixuana və Mexikali şəhərləri ətrafında Honduras, Qvatemala, Salvador respublikalarından 9 minədək köçkünün toplaşdığı bildirilir.