Criminal.az saytının rəhbərinin məhkəməsi oldu

28/12/2018 - 20:12 15 352 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının rəhbəri Anar Məmmədovun məhkəməsi başlayıb.

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda A.Məmmədovun anket məlumatları dəqiqləşdirilib. A.Məmmədovun vəkili Elçin Sadıqov vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 11-də davam etdiriləcək.

Qeyd edək ki, A. Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.(qafqazinfo)