Rusiyada saxta içki satmaq istəyən azərbaycanlı yaxalandı

28/12/2018 - 15:43 9 280 0   0  

Rusiyada saxta içki hazırlayaraq satmaq istəyən azərbaycanlı saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin Omsk vilayəti üzrə idarəsi qanunsuz miqrasiyada şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

Onun evinə baxış zamanı içərisində saxta spirtli içki olan 3500 ədəd butulka aşkarlanıb. Daha bir diqqət çəkən məqam butulkaların üzərinə bahalı brendlərin markalarının yapışdırılması olub. Butulkaların içərisində hansı içkinin olmasını isə saxlanılan şəxs özü də açıqlaya bilməyib.

Aşkarlanan mallar araşdırılması üçün laboratoriyaya göndərilib. Qeyd edilib ki, həmin şəxs bu içkiləri restoranlara satmağı planlaşdırıbmış...

Faktla bağlı araşdırmalar aparılır.