"ABŞ-ın Suriyadan geri çəkilməsinin əsas səbəbi Türkiyədir" - Mövlud Çavuşoğlu

27/12/2018 - 22:35 16 468 1   0  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ hökumətinin Suriyadan hərbçilərini çıxartmaq barədə qərarını şərh edib.

Nazir ABŞ-ın Suriyadan çəkilmək barədə qərar verməsində Türkiyənin rolunu qeyd edib: "Verdiyimiz qərarlar sayəsində çəkildilər”.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Suriyadakı 2 min amerikalı hərbçinin geri qayıdacağını açıqlamışdı. Bu qərar Suriyanın şimalına ABŞ-ın da dəstəyi sayəsində nəzarət edən YPG/PYD terrorçu təşkilatını narahat edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Menbiç bölgəsindən ABŞ tərəfindən himayə edilən YPG dəstələri çıxarılmasa, həmin dəstələrə qarşı əməliyyata başlamağa hazır olduqlarını, lakin dekabrın 14-də D.Trampla telefon söhbətindən sonra əməliyyatı təxirə salmaq qərarına gəldiklərini bildirmişdi. Məhz həmin telefon danışıqlarından sonra Ağ Ev Suriyadan çəkilmək qərarını açıqlayıb.(report)