"100 milyon verməsən sənin və uşaqlarının başını deşəcəm, şrup bağlayacam..."

27/10/2018 - 19:02 7 819 0   0  

Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin polkovniki Said Axmayev və baş leytenant Leçi Bolatbayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesi zamanı dövlər ittihamçısı təqsirləndirilən şəxslərin 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin, prokuror cinayət işi üzrə adları hallandırılan iş adamı Yevgeniy Katkovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 5 ay, Movlad və Ahmed Bulquçev qardaşlarının hər ikisinin 7 il azadlıqdan məhrum olunmasını istəyib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Dəstə üzvləri külli miqdarda pul tələb etməkdə ittiham olunurlar. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü bəndi ilə ittiham irəli sürülüb.

İstintaq materiallarına əsasən, banda üzvləri iş adamı Konstantin Jukova hədə-qorxu gələrk ondan 100 milyon rubl almağa cəhd ediblər.

DİN əməkdaşları olan S.Axmayev və L. Bolatbayev Jukovun keçmiş ortağı Y.Katkovu da bu işə cəlb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəməyə verdikləri ifadələrində iş adamını qorxudaraq yüz milyon verməyəcəyi təqdirdə onun və uşaqlarının başını deşib, şrup bağlayacağı ilə hədələdiklərini etiraf ediblər.

Dəstə üzvləri iş adamı iki dəfə kafedə görüşüblər. Görüş zamanı Jukov pulu ödəməkdən imtina etdikdə polkovnik və baş leytenant tərəfindən ona güc tətbiq olunub. Ailə üzvlərini ölkədən çıxaran iş adamı hüquq-mühafizə orqanlarına müraciət edib. Bir ay güc strukturları onların telefonlarını dinləyib və iş adamı ilə növbəti görüş zamanı hər ikisi həbs olunub. Axtarış zamanı onlardan çoxlu sayda silah-sursat, bıçaq, xəncərlər, istintaq komitsənin sənədləri aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.