Azərbaycanda bu il ərzində ov qaydalarını pozan 200-dən artıq yerli, 20 xarici vətəndaş saxlanılıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Direktor bildirib ki, Bakıda restoranların birində müştərilərə nəsli kəsilmək üzrə olduğundan adı “Qırmızı kitab”a salınan oxatan kirpi əti verilib:
“Həmin şəxslər tapıldı və cəza tədbirləri həyata keçirildi. O vətəndaşlar heyvanları restoranlara satmaq üçün ovlayırlar. Restoranlar da mənşəyini bilmədiyi əti istehlakçılara təqdim edirlər. Düzdür, restoranların qida təhlükəsizliyinə nəzarət etmək bizim səlahiyyətimizdə deyil. Gələcəkdə ola bilər ki, nazirlik bu obyektlərə xəbərdarlıq etsin və qaydalara əməl etməsələr, onların bağlanması üçün məhkəmə orqanları qarşısında iddia qaldıraq”.(teleqraf)
Restoranda oxatan kirpi əti verilib - Səbəbkarlar cəzalandırıldı