Ukraynada hərbi vəziyyət bitdi

26/12/2018 - 19:37 12 100 0   0  

Ukraynada hərbi vəziyyət rejimi başa çatıb.

Suveren.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi vəziyyət noyabrın 26-da prezident Petro Poroşenko tərəfindən elan edilmişdi.  30 günlük rejim ölkənin 10 əyalətində tətbiq olunurdu.

Xatırladaq ki, Kerç boğazında Ukraynaya məxsus hərbi gəmilərin Rusiya tərəfindən atəşə tutulması və dənizçilərin girov götürülməsindən sonra iki ölkə arasında vəziyyət gərginləşib.