Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.
Suveren.az xəbər verir ki, bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.
Bununla belə, virtualaz.org aydınlaşdıra bilib ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub.
Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.
Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.
MTN-in sabiq əməkdaşını qadına görə öldürdülər