“Hadisə olan gün tələbəmiz universitetdən kənarda olub” - Tələbənin öldürülməsinə RƏSMİ MÜNASİBƏT

24/12/2018 - 20:57 13 612 0   0  

Azərbaycan Texniki Universiteti (AzTU) Elman Elyar oğlu Xəlilovun bıçaqlanaraq öldürülməsinə rəsmi münasibət bildirilib.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev unikal.org-a açıqlamasında vurğulayıb ki, 25.07.2000-ci il təvəllüdlü Elman Elyar oğlu Xəlilov AzTU-nun nəqliyyat fakultəsinin tələbəsi olub:

"Bizdə olan qeyri rəsmi məlumatlara görə, E.Xəlilov bazar günü uşaqlıq dostu ilə birlikdə (yəni 23 dekabr tarixində) olarkən bıçaqlanaraq öldürülüb. Birmənalı şəkildə bildiririk ki, hadisə universitetdən kənar, yəni istirahət günü baş verib. Azərbaycan Texniki Universiteti (ATU) olaraq tələbəmizin faciəli ölümündən kədərləndiyimizi bildirir, prosesləri izləyir, lazım gələrsə bu barədə yenə ələvə məlumat verəcəyik”.

Qeyd edək ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk prospekti 2A ünvanında qeydə alınıb. İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar oğlu Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.