Yevlaxda başçıya asi olan var... - QALMAQAL

24/12/2018 - 09:28 10 822 0   0  

Yevlaxdan AzToday.az-a daxil olan məlumata görə rayon icra başçısı Qoca Səmədovla Şirvan Meşə Meliorasiya idarəsinin müdiri İlyas Səfərov arasında problem yaranıb. İcra başçısı ilə idarə müdirinin arasında yaranmış problemin səbəbi isə İlyas Səfərovun Yevlax İcra hakimiyyətində, başçının müavini-Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri ola bilməməsidir.

Məlumatda bildirilir ki, başçı müavini olmaq istəyən İlyas Səfərov bunun üçün Qoca Səmədovla anlaşaraq ilk əvvəl onun da razılığın ala bilib. Hətta bu razılıq üçün Şirvan Meşə Meliorasiya idarəsi müdiri icra başçısına yaxşı "ənam” verəcəyi sözünü də verib. Ancaq hansısa səbəblərdən İlyas Səfərovun Yevlax icra başçısının müavini olmaq məsələsi müşkülə çevrilib və idarə müdirinin çoxlu sayda cəhdlərinə baxmayaraq "arzu”su ürəyində qalıb.
AzToday.az-a daxil olan məlumata görə "arzu”sunun ürəyində qalması məsələsi Şirvan Meşə Meliorasiya idarəsinin müdirinə çox pis təsir edib və o, təyinatın alınmamasının günahını rayon icra başçısı Qoca Səmədovda görüb.
Qeyd edilir ki, başçısı ilə açıq mübarizəyə başlayan "əməkdar mühəndis” İlyas Səfərov yaxın ətrafına onu da deyib ki, Qoca Səmədovun acığına Yevlax rayon icra başçısı vəzifəsinə təyinat alacaq.
Bildirək ki, İlyas Səfərov bundan öncə Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri vəzifəsində işlədiyi dövrdə bir çox qalmaqallı hadisələri ilə gündəmə gəlmişdi. Ölkə mətbuatında İlyas Səfərovun çoxsaylı korrupsiya faktlarının üzə çıxarılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə onu işdən çıxardaraq daha bir yağlı idarəyə müdir təyin etdi.