İLHAM ƏLİYEV GENERALI İŞDƏN ÇIXARDI – Sərəncam

22/12/2018 - 15:20 5 503 0   0  

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.
General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Prezident İlham Əliyev dekabrın 18-də Niyaməddin Tağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“AzPolitika.info”nun məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.General-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilsin.
2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.