Bir gündə 254 piyada cərimələnib

22/12/2018 - 14:19 9 646 0   1  

Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirlər keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 8 nəfər tutulub, axtarışı elan olunan 29 nəfərin yeri müəyyən olunaraq, saxlanılması təmin edilib, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avara və dilənçiliklə məşğul olduqlarına görə 25 nəfər barəsində inzibati ölçü götürülüb.

Bununla yanaşı, xırda xuliqanlıq 40, xırda talama 27, antisanitariya 52 fakt, qeydiyyat qaydalarını pozma 1510, digər inzibati xətalara görə 108 fakt və digər hüquqazidd hallar aşkarlanaraq qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülməklə, icra olunub.

DYP xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 449, o cümlədən kobud qayda pozuntusuna yol verən, inzibati xəta tərkibi yaradan 175 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Müəyyən olunan bir sıra avtomobillərdə çoxavazlı səs siqnalı, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər avadanlıqlar quraşdırılan 9 nəqliyyat vasitəsi saxlanılaraq, mühafizəsi təmin olunan duracağa qoyulub, avtomaşını sərxoş halda idarə edən 18, yolu müəyyən olunmayan yerdən keçən 254 piyada barəsində müvafiq tədbirlər görülüb.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.