​Məmməd Musayev yenidən ASK-nın prezidenti seçilib

19/12/2018 - 15:11 6 094 0   0  

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) bu gün keçirilən V Qurultayında qurumun növbəti 4 il üçün prezidenti müəyyənləşib.
“Report” xəbər verir ki, bu vəzifə açıq səsvermə yolu ilə yenidən Məmməd Musayevə həvalə edilib.