Pik nöqtəyə çatan inflyasiya – İQTİSADİ BÖHRAN

11/12/2018 - 19:43 13 891 0   0  

Venesuelada illik inflyasiya səviyyəsi ağlasığımaz həddə - 1.300.000 faizə çatıb.

Suveren.az xəbər verir ki, bunu ölkə parlamentinin Maliyyə Komitəsinin başçısı Rafael Qusman açıqlayıb.

O, cəmiyyətin üzləşdiyi qıtlıq faciəsinə görə Venesuela hökumətini ittiham edib:

“Hiperinflyasiya davam edir. Noyabr ayında inflyasiya 144.2 faizə, illik olaraq isə 1.300.000 faizə çatdı”.

Qeyd edək ki, Venesuela hökuməti dünya bazarlarında neftin kəskin ucuzlaşmasından sonra iqtisadi göstəriclərlə bağlı hesabatların yayımlanmasını dayandırıb.

Beynəlxalq Valyuta Fondu (BVF) isə Nikolas Maduro hökumətindən hesabat tələb edir.

Prezident Nikolas Maduro ölkədə başa verən böhrandan ABŞ-ın məsuliyyət daşıdığını bildirir. (teleqraf)