Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən Qara dənizdə, Kerç boğazında saxlanılan ukraynalı dənizçiləri sərbəst buraxmasını xahiş edib. Bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Hadisədən sonra mən hər iki tərəflə, prezidentlər Putin, sonra Poroşenko ilə telefonla danışdım, daha sonra isə biz bu məsələni Rusiya prezidenti ilə Argentinada (”G20" sammitində) müzakirə etdik. Dənizçilərin azad edilməsi barədə Poroşenkonun istəklərini Putinə çatdırdım. Ondan xahiş etdim. Hadisələrin inkişafını gözləyəcəyik və ümid edirəm ki, onlar bu xahişi müsbət qarşılayacaqlar. Bildiyim qədər ilə indi hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra onlarda qərar qəbul edəcəklər. Biz bu cür hallarda yalnız xahiş edə bilərik", - deyə Ərdoğan bəyan edib.
Son illərdə Rusiya ilə Türkiyə arasındakı dostluq əlaqələrini nəzərə alaraq, Ərdoğanın həmkarından etdiyi xahişin yerinə yetirilib-yetirilməyəcəyi maraq doğurur.
Politoloq Əhəd Məmmədli hesab edir ki, əgər həbs edilən dənizçilər türk və ya Krım türkləri olsaydı, Putin Ərdoğanın xahişini yerinə yetirərdi: “Zatən bu yaxınlarda Putin Ərdoğanın xahişini yerinə yetirərək Krım türklərini azad etmişdi. Azov dənizində baş verən məlum olaydan dərhal sonra Türkiyə barışdırıcı mövqedən çıxış etdi. Rusiya bəyan etdi ki, vasitəçiyə ehtiyac duymur. Ərdoğanın Poroşenko və Putin arasında vasitəçi kimi çıxış etməsi müsbət haldır. Putinin bu dəfə ukraynalı hərbçiləri buraxıb-buraxmayacağını yaxın zamanlarda daha dəqiq müşahidə etmək olar. Fikrimcə, gec-tez bu hərbçilər buraxılacaq. Sadəcə, Putin onların həbsini maksimum dərəcədə uzadıb yeni rıçaq kimi istifadə edir. Ərdoğan hərbçilərin buraxılması yönündə bacardığını edəcək. Putin görsə ki, bu hərbçilərin saxlanılmasında istədiyi xeyri ala bilmir, onları tezliklə azad edəcək. Putin kəşfiyyatçıdır. Ərdoğanın xahişini yerinə yetirməyə qərar versə belə, çalışacaq ki, ondan nəsə alsın. Ərdoğan-Putin-Poroşenko üçtərəfli danışıqlarının nəticəsindən çox şey asılı olacaq. Ərdoğan ukraynalıları buraxdıra bilsə, bu onun imicinə müsbət təsir edəcək. Buraxılmasa, Türkiyə-Rusiya münasibətləri eyni səviyyədə davam edəcək. Ukraynaya görə nə Türkiyə, nə də Rusiya bir-birləri ilə münasibətlərini pozan deyil. Türkiyə-Rusiya arasında milyardlıq projelər var və bu yüksək səviyyədə iqtisadi münasibətlər hər iki ölkə üçün önəmlidir. Dövlət münasibətləri, maraqları var. Ərdoğanla Putin qardaş dövlətlərin başçıları deyillər ki, bir birlərinin xahişlərini yerinə yetirməyə məcbur olsunlar. Qeyd etdiyim kimi, dövlət maraqları var. Maraqlar cavab verəcəksə, Putin Ərdoğanın xahişini yerinə yetirəcək, əks halda təbii ki, yerinə yetirməyəcək. Ərdoğan da bunu anlayışla qəbul edəcək. Türkiyə-Rusiya əlaqələri də qaldığı yerdən davam edəcək”./musavat.com
Putin dostu Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
Əhəd Məmmədli: “Ərdoğan ukraynalıları buraxdıra bilsə...”