Çin məşhur şirkəti almaq istəyir - 4,6 milyard avroya

08/12/2018 - 22:41 6 328 0   0  

Çinin “Anta Sports” şirkəti tərəfdaşları ilə birgə Finlandiyanın məşhur idman geyimləri və avadanlığı istehsal edən “Amer Sports” qrupunu 4,6 milyard avroya almaq istəyir.

Şirkət “FountainVest Partners”, “Tencent” və “Anamered Investments” firmaları ilə birgə investisiya konsorsiumu yaradaraq, “Amer”in hər bir aksiyasına 40 avro təklif edir. “Wilson”, “Arc'teryx”, “Salomon” və “Atomic” kimi tanınmış brendlərin sahibi olan “Amer Sports” qrupu dünyada ən çox idman avadanlığı istehsal edən şirkət hesab olunur.

Əgər sövdələşmə baş tutarsa, “Amer Sports” özünün Direktorlar Şurasını saxlamaqla, müstəqil əməliyyatlar həyata keçirə biləcək.