Məşhur rusiyalı hüquq müdafiəçisi dünyasını dəyişdi

08/12/2018 - 22:29 5 416 0   0  

Moskvada hüquq müdafiəçisi, Moskva Helsinki Qrupunun başçısı Lüdmila Alekseyeva 91 yaşında vəfat edib.

Suveren.az “Meduza” nəşrinə istinadən xəbər verir ki, Alekseyeva Moskvadakı 15 saylı xəstəxanada dünyasını dəyişib. Rusiya prezidenti yanında insan hüquqları üzrə şuranın başçısı Miail Fedotovun sözlərinə görə, qadın son gününədək iş başında olub və sonuncu dəfə dünən köməkçisinə göstərişlərini verib.

Lüdmila Alekseyeva 1927-ci ildə Yevpatoriyada anadan olub. O, sovet illərində dissident hərəkatının iştirakçısı olub, “Cari hadisələrin xronikası” (“Хроники текущих событий”) nəşrinin hazırlanmasında fəallıq göstərib. 1976-cı ildə Moskva Helsinki Qrupunun – Rusiyada ilk hüquq müdafiə təşkilatının əsasını qoyanlardan biri olub. Bir il sonra ABŞ-a mühacirət edib.