Səudiyyə Ərəbistanı neft ixracını gündəlik 1 milyon barel azaldacaq

08/12/2018 - 21:16 5 878 0   0  

Səudiyyə Ərəbistanı yanvar ayında noyabrın göstəriciləri ilə müqayisədə neft ixracını gündəlik 1 milyon barel azaldacaq. TASS xəbər verir ki, bunu şənbə günü mənblərə istinadən "Reuters" yazıb.

Bildirilir ki, yanvarda Səudiyyə neftinin ixracı xammala olan tələbatın mövsümü olaraq azalması ilə əlaqədar sutkada 7,3 milyon barel təşkil edəcək. Mənbələrin qeyd etdiyinə görə, ixracın azaldılması qərarı Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə neft hasilatının azaldılmasına dair sövdələşmənın yerinə yetirilməsi ilə bağlıdır.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.