Putin Bakıda rus coğrafiyası olimpiadası keçirir, İrəvanda isə etirazMoskva erməni separatçılarına qucaq açdığı dövrdə Azərbaycanın bəzi ali təhsil müəssisələrində Rusiyanın coğrafıyasına aid olimpiada keçirilir.
Bu fikri politoloq Elxan Şahinoğlu yazıb.
Analitikin fikrincə, bu Rusiya prezidenti Vladimir Putinin təşəbbüsüdür ki, Rusiyada və dost dövlətlərdə gənclər Rusiyanın tarixini və coğrafiyasını yaxşı öyrənsinlər.
"Bu Putinin təbii haqqıdır, o haqlı olaraq istəyir ki, gəncləri məmləkətlərinin tarixini və coğrafiyasını yaxşı mənimsəsinlər və ildə bir dəfə bu mövzuda olimpiada keçirilsin. Sadəcə, mən anlamıram ki, bundan bizə nə?
Məgər Rusiyada Azərbaycanın tarixinə və coğrafiyasına dair olimpiada keçirilir? Onlar keçirmirsə, biz niyə onların mövzusuna dair Bakıda olimpiada keçirməliyik?",-deyə siyasi şərhçi etiraz edir.
Ekspert bildirib ki, Rusiya qonşumuzdur, bu ölkəni dərindən təhlil etməyi bacarmalıyıq, tarixini və coğrafiyasını da öyrənməkdə qəbahət yoxdur: "Ancaq Azərbaycanda niyə Rusiyaya aid olan olimpiada keçirilməlidir?
Bunu kimsə bizə anlada bilərmi? Məndə olan məlumata görə olimpiadadakı suallar arasında Krımla bağlı ikibaşlı ifadələr var. Yəni suallar elə qoyulub ki, sanki Krım Ukraynaya deyil, Rusiyaya aiddir.
Bunu qəsdən ediblər. Bizdə buna şərait yaradılarkən, İrəvanda bir konfransa toplaşan rusiyalı tanınmış simalardan biri “Bakını İsgəndər raketləri ilə vurmaq lazımdır” ifadəsini işlədir..."
Ümid edirik ki, Ermənistanın yeni parlamenti daha konstruktiv olacaq və Rusiya-Ermənistan münasibətlərinin inkişafına diqqət yetirəcək.
Bunu İrəvanda jurnalistlərə açıqlamasında ermənipərəst rusiyalı deputat Konstantin Zatulin deyib.
"Sizin hökumətin nümayəndələri təkcə Rusiya yox, bütün dünya ölkələrinə müraciət edib investisiya istəyəndə Rusiyanın böyük şirkətlərinə qarşı araşdırmalardan bəhs edir.
Bu, sizin üçün pis fondur. Mən “böyük şirkətlər” deyəndə “Qazprom” və Cənubi Qafqaz Dəmiryollarını nəzərdə tuturam", - deyə o bildirib.
Rusiyanın müttəfiqləri yoxdur. Bunu isə jurnalistlərə açıqlamasında Gürcüstan sabiq prezidenti Georgi Marqvelaşvili deyib.
Onun sözlərinə görə, Tiflis və Moskva regionun geosiyasətini fərqli rənglərdə görür: “Gürcüstanın Avropa və Avroatlantik perspektivinin olmaması Rusiyanın təbliğatıdır. Bu təbliğat “biz burdayıq, gücümüz var” prinsipi ilə aparılır.
Rusiya Ukrayna problemini yaradıb. Rusiyanın Gürcüstanla etdikləri isə müharibənin aparılmasıyla bağlı irəli sürülən istənilən məntiqdən kənardır.
Rusiya hər zaman güc mövqeyindən danışır. Bu isə aqressiya və işğal deməkdir. İndi bu aqressiya Qara dənizdə müşahidə edilir, bundan öncə isə Ukrayna və Krımda müşahidə olunurdu.
Bunların heç birini sağlam məntiqlə izah etmək mümkün deyil. Heç kim Rusiya ilə birgə olmaq istəmir”.
Bir sözlə regionu qarışdıran, Qafqaza hakim kəsilən Rusiya Azərbaycan və Gürcüstanı öz orbitindən kənara çıxmağa qoymaq istəmir.
Ermənistan isə onların ömürlük vassalıdır. Odur ki, erməniyə sığal çəkir, bizə təzyiq edirlər.
Bu arada "Mən “Qarabağın rəhbərliyinə” bütün danışıqlar prosesi haqqında məlumat vermişəm" - Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan belə deyib.
“Dağlıq Qarabağa səfərim zamanı mən siyasi hakimiyyət və “ordu”nun nümayəndələrini dəvət edib, onlardan heç nə gizlətməyərək, danışıqlar prosesində olan hər şeyi onlara dedim. Mən bəyan etdim ki, Qarabağ məsələsiylə bağlı problem Ermənistan və Qarabağ “xalqları”nın iradəsindən kənar həll edilə bilməz. Mən dedim ki, Qarabağ danışıqlar prosesinə qatılmayana qədər biz Qarabağ məsələsində həllə nail olduğumuzu deyə bilmərik.
Mən dedim ki, danışıqları Ermənistan adından aparıram, “Qarabağ xalqı” adından danışıqları onların hökumətləri apara bilər.
Bunlara rəğmən Ermənistanda hələ də inqilabın Qarabağa qarşı hansısa tələ olduğunu, hökumətin Qarabağla bağlı xain planları olduğunu deyən siyasi qüvvələr var.
Mən daima düşünürəm ki, niyə bu insanlar belə bəyanatlarla çıxış edirlər və açığını desəm, hansısa məntiqli açıqlama tapa bilmirəm. Digər tərəfdən, bəzi siyasi qüvvələr bu seçkidən sonra siyasi ölümlərinin qeydə alınacağını başa düşüblər". //cahan.info
Putin Bakıda rus coğrafiyası olimpiadası keçirir, İrəvanda isə etiraz

Bölmənin xəbərləri