Bakıda mərmər sexinə basqın: mühafizəçi döyüldü

06/12/2018 - 21:49 2 608 0   0  

Bakıda mərmər sexinə basqın edilib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

4 nəfər naməlum şəxs "Qazel" markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən, 1994-cü il təvəllüdlü Kazımov Kamal Taryel oğluna daş parçası ilə xəsarət yetiriblər.

Daha sonra həmin şəxslər sexdən 1000 manat dəyərində mərməri götürüb hadisə yerindən qaçıblar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni Məmmədov Feyruz Məhəmməd oğlu, Quliyev Məmmədalı Qulu oğlu və Qələndər adlı şəxsin törətdiyi müəyyən edilib. F.Məmmədov tutularaq istintaqa təhvil verilib, digər şəxslərin tutulması istiqamətində axtarışlar davam etdirilir.