Gənc oğlandan avtobusda qandonduran ƏMƏL: arvadının gözü qarşısında... - Azərbaycanda

05/12/2018 - 19:42 3 103 0   0  

Bacısının qayınatasını öldürməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Əvəz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Suveren.az publika.az-a istinadla xəbər verir ki, Əvəz Həmzəyev 27 dekabr 2017-ci il tarixdə, saat 12 radələrində atası Əhməddən Aydın Nəsirovun bacısı Türkanənin əri ilə barışması və yenidən birlikdə yaşamalarına bacısının qayınatası, habelə dayısı Raqibin razı olmaması barədə söhbətini eşidib.

O, bundan hiddətlənərək bacısının ailəsinin dağılmasına Raqibin səbəb olduğunu düşünüb, ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.

Qətl planı

Bu məqsədlə Əvəz dekabrın əvvəllərində qanunsuz olaraq əldə etdiyi ov bıçağını yaşadığı evdən götürüb və dekabrın 27-də, saat 13 radələrində Raqibin yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndinə getmək üçün evdən çıxıb.

Əvəz həmin vaxt rayon mərkəzi xəstəxanasının qarşısından keçən “Mercedes” markalı sərnişin daşıyan mikroavtobusa minib, Raqibi və arvadı Lalanı həmin mikroavtobusda görüb.

O, cinayətkar niyyətini həyata keçirmək məqsədilə bir qədər hərəkət etdikdən sonra mikroavtobusu Cəlilabadın H.Əliyev prospektində yerləşən “Gənclik” marketin qarşısında saxladıb.

Mikroavtobusda qətl

Əvəz mikroavtobusun içərisində üzərində olan həmin bıçağı Lalanın gözləri qarşısında Raqibin ürək nahiyyəsinə sancıb. Raqib kəskin qan itirmədən hadisə yerində ölüb.

Əvəz Həmzəyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham verilib.

Qatilin ifadəsi

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əvəz Həmzəyev özünü ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, Raqibi xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb: “Dayımı cəzalandırmaq niyyətim olub. Bu məqsədlə ona xəsarət yetirmək istəmişəm. Bu səbəbdən onu bıçaqla vurdum”.

Bacısının ailəsinin dağılmasına etiraz etdi...

Təqsirləndirilən şəxs deyib ki, dayısı Raqib onun bacısı Türkanənin ailəsinin dağılmasını istəyib: “Dayım istəmirdi ki, bacım əri ilə barışıb, birgə yaşasın. Bu səbəbdən də ondan qisas almaq istəmişəm. Mənim əvvəllər dayım ilə hər hansı bir ədavətəm olmayıb”.

17 il 6 ay həbs cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Həmzəyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əvəz Həmzəyev apelyasiya şikayəti verib. Əvəz Həmzəyev şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Məhkumun istəyi rellaşmadı

O, əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib. Qeyd edib ki, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsi daha məqsədə uyğundur.

Əvəz Həmzəyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əvəz Həmzəyevin şikayəti təmin olunmayıb.