Mübariz Əhmədzadə yeni ilədək görəvindən ayrılacaq.
Bu haqda Azerinfo.az-a məlumat verən mənbə bildirib ki, rayondan Prezident Aparatına gedən şikayətlərin ardı-arası kəsilmir.
Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir.. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir.Səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağz calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün vəya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir.
Bu səbəbdən onun daha cavan kadrla əvəz edilməsi gündəmə gəlib.
Daha bir rayonun rəhbəri dəyişdirilir - İDDİA