"Demək olar ki, döyüşü sol əlsiz keçirmişəm" - Zabit Səmədov

03/12/2018 - 23:49 4 054 0   0  

Zabit Səmədov Belarusda keçirdiyi son görüş haqda fikirlərini bildirib.

Suveren.az xəbər verir ki o, oxu.az-a açıqlamasında rusiyalı Yevgeni Orlov üzərində qələbəsini belə şərh edib:

"Döyüşüm normal keçdi. Əsas qələbə idi ki, onu da əldə etdim. Döyüşdən əvvəl də sizin saytınıza açıqlamamda demişdim ki, Orlov boksçu olduğundan (dörd il əvvəl dünya çempionu olub – red.) onun ayaqları zəifdir. Ona görə də əsas üstünlüyü ayaqla zərbəyə verdim. Yarışdan əvvəl sol əlimdə zədə vardı. Ona görə də, demək olar ki, döyüşü sol əlsiz keçirmişəm”.

Qeyd edək ki, bu, Zabit Səmədovun yaşadığı Belarusda keçirdiyi son döyüş olub.