Rusiyada iki azərbaycanlıya hökm oxundu

03/12/2018 - 14:26 2 107 0   0  

Rusiyanın Nijnıy Taqil şəhərinin Leninsk rayon məhkəməsi Azərbaycan vətəndaşları Eltun Sarıyev və Əkrəm Bəşirli barəsində hökm çıxarıb

Suveren.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar “bir qrup şəxslə qabaqcadan əlbir olaraq, külli miqdarda narkotik vasitələrin qanunsuz satışı” maddəsi ilə təqsirli biliniblər.
İstintaq məlumatlarına görə, Sarıyev və Bəşirli 2018-ci il yanvar-mart aylarında internet üzərindən narkotik vasitələrin satışı ilə məşğul olub. Onlar bunun üçün şəhərdə mənzil kirayələyib.
Mənzilə baxış zamanı 413,53 qram narkotik maddə aşkarlanıb.
Qərara əsasən, Eltun Sarıyev doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ona 80 min rubl (2 040 AZN) cərimə kəsilib.
Əkrəm Bəşirliyə isə 14 il həbs və 150 min rubl (3825 AZN) pul cəzası verilib.