Türkiyə və Rusiya prezidentləri arasında görüş olub

01/12/2018 - 20:05 22 315 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində təkbətək görüşü olub.

Suveren.az bildirir ki, görüş “Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində keçirilib.

Türkiyə prezidenti ilə İstanbulda görüşünü xatırladan Vladimir Putin iki ölkə arasında mövcud olan bəzi məsələlərin həlli istiqamətində atılan addımları yüksək qiymətləndirib. “Türkiyə müstəqil xarici siyasət yürütdüyünü və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyib”, - deyə V.Putin vurğulayıb.

Görüşdə prezidentlər Suriya məsələsini də müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına Suriya ilə bağlı daha bir sammitin keçirilməsini təklif edib. “Biz bu yaxınlarda İstanbulda İdliblə əlaqədar sammit keçirdik. Orada bu problemin həlli istiqamətində atılacaq addımları da müzakirə etdik. Düşünürəm ki, bu məsələ ilə bağlı daha bir sammit keçirmək lazımdır”, - deyə Türkiyə prezidenti əlavə edib.