Gürcüstanda marixuana leqallaşdırıldı

01/12/2018 - 11:38 7 156 0   0  

Gürcüstan parlamenti sonuncu, üçüncü oxunuşda marixuanadan istifadə barədə qanunu qəbul edib.

Bu barədə “Qruziya Online” məlumat yayıb.
Qeyd edilir ki, marixuanadan istifadəyə yalnız şəxsi məkanda icazə verilir (yəni evdə).
İctimai yerlərdə və nəqliyyatda, təhsil müəssislərində marixuanadan istifadəyə görə 800 laridən 2000 lariyədək (500 -1260 manat - red.) cərimə tətbiqi nəzərdə tutulub.(oxu.az)