49 yaşlı sürücü xəsarət aldı – Yol qəzası

30/11/2018 - 22:38 3 667 0   0  

Şəki rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Axşam saatlarında rayonun Qayabaşı kəndi ərazisində minik avtomobili ilə hərəkətdə olan 1969-cu il təvəllüdlü yerli sakin İsmayılov Nəriman Səfər oğlu maşını yol kənarındakı maneəyə vurub.

Qəzadan sonra N.İsmayılov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən “Report”a bildirilib ki, yaralıya döş qəfəsinin qapalı küt travması diaqnozu qoyulub. N.İsmayılovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.