Sumqayıtda şöbə müdiri işdən azad olunub?

29/11/2018 - 11:49 2 293 0   0  

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev tutduğu vəzifədən azad olunub.

N. Baxşəliyevin öz ərizəsinə əsasən müdir postunu tərk etdiyi bildirilir.
Qeyd edək ki, o 2017-ci ilin fevral ayından Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Hələlik müdir vəzifəsinə təyinat olmayıb.

***

Xəbər vermişdik ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub. 
Etibarlı mənbədən daxil olan məlumata görə, N. Baxşəliyev istefa ərizəsini dekabrın 1-i tarixinə yazıb və həmin vaxtdan müdir vəzifəsini tərk edəcək. Nəriman Baxşəliyev isə Xeberle.com-a işdən azad olunması xəbəri ilə bağlı bunları deyib:" Hazırda iş başındayam. Rəhbərlik haranı məsləhət bilsə orda da çalışacağıq". (Xeberle.com)